Kishore Kumar Hits

YAP10 - Gəl, Ey Səhər lyrics

Artist: YAP10

album: Ego


Birdən biriləri olar qatil
Səhvən müsəlman edər batil
Gözü yolda qalana xatir
Nə olar bir az tələs, gəl, ey səhər!
Şər qüvvələr də birdən ölsün
İşıqlar birdən sönsün
Qapıya atılan körpəni kimsə görsün
Bir az tələs, gəl ey səhər!
Necə qəribədir bax, gecə ağlarıq
Göz yaşını qurudar külək səhər!
Gecədə edilən günahlarımızı
Bizim yazar gizlincə mələk səhər
Günorta xətrivə dəydim
Xoş sözümü əsirgəməzdim gərək səhər
Gecə ilə oturmuşuq bu gün
Günəşi də götür gəl, ey səhər
Ya da gəlmə səhər!
Ata, ananın qulağı eşitməsin şəhid olub oğlu
Varlıdan yalan eşidilir, amma nəinki kasıbdan doğru
Yalan sorğular!
Niyə qorxub yoluxuruq?
Ağzımız bağlı boğuluruq, ürəyim solğun
Gün doğmadan nə qədər
Günahsız körpə fahişənin bətnindən doğulur
O gözlər kimi
Hər tərəf qara
Bu yollar səni
Aparır hara
Yaşamdan kim bezər axı?
Həyat mübarizədir, gizlə silahı
Bu gün ağır olarıq, ertəsi fağır
Nöqtə qoy, başlasın bir təzə nağıl
Bərk ol! Sən axı həmişə təksən
Dostun azdır, səni dəyişəcəklər
Olarkən əsəbimiz ən pik həddə
Paxıllara uğurlar səmimi qəlbdən
Döşüvə döymə, göylə getmə
Öymə özünü yaradanın önündə kövrəksən
Tez gəl özüvə, tövbə öyrən
Elə budur bizi bəladan qoruyan, ayıbımızı örtən
İstəməzdim ki, böyümək
Köhnələrlə görüşək, körpə vaxtım, dön gəl
Azdırar şöhrət, görkəm
Oxumaq yox, istədim bədənimə döymə
O gözlər kimi
Hər tərəf qara
Bu yollar səni
Aparır hara

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists