Mənim sevgilim, sən hamıdan gözəlsən,
Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini,
Səhifələr tükəndikcə sanki bitir hər şey,
Mən kitab olsaydım, adım olardı sənin səhfin,
Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan,
Mən mahnı olsaydım, susub səni dinləyərdim.
Əzab ver, qorxma, sevgidən ölmür heç kim,
Mən ürək olsaydım səni çöldən bağlayardım.
Mənim sevgilim, sən hamıdan gözəlsən,
Sənə mən gül verdim, sənsə sevdin tikanların.
Uçmaq istəsən, göyə çıxmaq lazım deyil,
Qəlbim sənin səman, sevgimsə qanadların.
Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır,
Mən dünya olsaydım, fırlanardım başqa səmtə.
Sənin əksini sevdim, ürəyini tapa bilmədim,
Ürəyin olsaydım, yəqin gizlənərdim mən də.
Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur,
Küsəndə külək kimisən, sənə toxunmaq olmur.
Sən hər dəfə əsdikcə yanaqdan axın sel,
Dünya fırlandıqca, fırlanır bizim karusel...
Üzündəki xal ürəyindədir, xal,
Gündüzlər getmə, get gecələr, qalma, qal,
Yadıma bir də sal marsel, fırlanır karusel...
Üzündəki xal ürəyindədir, xal,
Gündüzlər getmə, get gecələr, qalma, qal,
Yadıma bir də sal marsel, fırlanır karusel...
Mənim sevgilim, sən hamıdan gözəlsən,
Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım,
Cənnətdə görüşməkçün gərək əbədi sevəsən,
Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım.
Dünyanı gözəl göstərməkçün hərdən uydurursan.
Поcмотреть все песни артиста