Are you really here or am I dreaming I can't tell dreams from truth For it's been so long since I have seen you I can hardly remember your face anymore Üzün yadımda deyil artıq, yəqin illər keçdikcə Bu şəhər səni də alıb içinə, sən artıq adi sakin Bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat Nə qədər əbədi sevgidən yazdım, sonda unutdum lakin Bu xaraba yarımadanın tarix olmuş küçələrində Bir gün divarlar sökülür, bir gün arzular Üzünün birgə cizgisini yadıma salsalar Soyumuş qəlb üşüdər şəhəri, yarpaqlar solar Əlimizdən tutub bizi keçmişə aparsalar Deyərəm sən get, mən gəldim bəlkə keçmişdəki mənlə Xoşbəxt ol, mənsə olum gələcək səhv Deyərsən "zamanı aldatdıq", birdən soruşsalar Səsin yadımda deyil artıq, bir gün zəng etsən Adını de sonra sus, coxluqda itə bilərsən Ya da ki, fərq etməz birdən özünə dərd etsən Adın yadımda deyil artıq adını deməyə də bilərsən If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me Unudulur ilk öpüş, unudulur etiraflar Unudulur ilk görüş, görüş yeri və məkanlar "Yaddan çıxmaz doğmalar" - deyirdik bir vaxtlar Unudulmuş gör nəqədər insan var ətrafda Unudulub titrəyən səs artıq o səs əsmir Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir Unudulur yaxşılıqlar, unudulur "çox sağ ol"lar İnanmazdım nə vaxtsa yaddan çıxacaq sığallar Unudulur unutmaqçün atılan addımlar da Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda Unudulur verilən sözlər, ilk gün kimi Sönür gеdir hisslər, solub gedən ilk gül kimi Və məndən heç nə gözləməyin Qələm də həminki deyil artıq Hansı mahnı, kimə yazılıb Yadımda dеyil artıq (deyil artıq) If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me