Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani Üzərimə çox gəlmə Mən o adam deyiləm Kibritini at kənara Yaşdır odun, alovlanan deyiləm Bəs deyilmi əllərim? Bəs deyilmi gözlərim? Qoyduğum yerdə yoxsan artıq Bəs deyirdin gözlədim? Mahnıdan çıxmasaqmı? Mənim evimdir o Başqa evin içində sanki daha çətin Sevimli olmaq Buzlarımı əridəcəyim hardasa bir dünya varsa Orada yəqin həqiqətəm, burada sözlərim yalansa Mahnılarımı dinlə, bu sevgi burada bitsin Bu sevgi bitməyəndə nə baş verir, yaxşı bilir Ver əlini, yum gözünü, ürəyinin səsinə inanma Mahnılarda Orxan həyatdakından yaxşı biri Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani Gizlənirəm içində sonetlərin Özümə uyğun yer tapa bilməyəndə içində planetlərin Səma sənin, dəniz mənim, görüşək bu rep - gəmi Sevməyin şərt deyil, əzizim, mahnımı dinlə, arada yad et məni Gəl uçaq Marsa (Orada günbatımları mavi) Gəl uçaq Marsa (Yaşayarıq onu biz ani) Gəl uçaq Marsa (Orada günbatımları mavi) Gəl uçaq Marsa Günbatımları mavi Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani Gəl uçaq səninlə Marsa Orada günbatımları mavi Bizim nağılımız yalansa Yaşayarıq onu biz ani