Tilsimləri qır Sonuncu pyesdəki taram, bu simləri qır Əlini aç və dua et ki, duyum səni Yoxam səmada, var əvəzimdə bulud Çöldə tək olsam da içdə çoxam Yatır içimdə, bil, hər cür dəli Divarlar üzərimə gəlir ama qıra bilmirəm Çünki tək qəlb qırmaqda təcrübəli Mənə bənzəyir hər melodrama triller Martini kimi soyuq amma drama "queen"əm Qəhrəman özüm, rep içində kameo Sevgilim kapuleti, içimdə Romeo Yumuşaq qəzəbim Bitirmək üçün bu şah əsəri Söndürürəm içimdəki eşq alovunu Çünki Romeolar ölməlidir Yer üzündə Hər izim var Ən dərindəyəm Bir üzüm dərə Bir üzüm dağ Mən öz əlimdəyəm Bu həzin qəm Mənə zindan Məni öz əlimdən al Məni öz əlimdən al Məni öz əlimdən al Dinamiti bağlayıb girirəm kütlənin içinə Bu şərabı qan bilib istəmədən içirəm Hər kəs cənnəti istəyir axı içi mən! Neçə zil, neçə bəm naləni çatdıra bilər Hamı gec - tez həqiqəti bilməlidir Xilasdırmı pul? Necə məni isidə bilər əgər Son dəfə yatanda yastığım qum? Ölən ərdən geri mirasdırmı dul? Mənə şiddət borcun qalıbsa xəbər et Yolunun üstündə bir az durum vur Neçə silmək istədiyim Xatirəni yandırmışam amma sağ çıxıb Uşaqlığımın qara səhifələrini Ağ kağıza boşaltdım, yazı ağ çıxıb Dolu gözlər, saxta təbəssüm Qalx ayağa, saxla tənəzzülü Verir onu qorusaq da mənə zülm O yazıları hamı görməlidir Yer üzündə Hər izim var Ən dərindəyəm Bir üzüm dərə Bir üzüm dağ Mən öz əlimdəyəm Bu həzin qəm Mənə zindan Məni öz əlimdən al Məni öz əlimdən al Məni öz əlimdən al Yer üzündə Hər izim var Ən dərindəyəm Bir üzüm dərə Bir üzüm dağ Mən öz əlimdəyəm Bu həzin qəm Mənə zindan Məni öz əlimdən al Məni öz əlimdən al Dözərəm, gəl, qal