Kishore Kumar Hits

Orkhan Zeynalli - Atalar Və Oğullar lyrics

Artist: Orkhan Zeynalli

album: Atalar Və Oğullar


Salam oğul, çoxdandır görüşmürük
Çayın soyumamış götür, nə verim şəkər yoxsa qənd?
Buranın havası yəqin biraz ağır sənə
Bir iki gün də qal, sonra düzünü de şəhər yoxsa kənd?
Burada keçib uşaqlığın, yaxşı-pis böyütdüm səni
Səmimi de: Dadmısan heç burada zəhər yoxsa qəm?
Bir qarış çörək, ən əsası halal zəhmətlə
Hər bir qonşu, qohum adımı çəkir hörmətlə
Sənin atan olmaq ayağıma uzun yorğan elə bil
İnan çox qaldım şərəf, pul, seçim arasında
Bəlkə düz deyirdin, bəlkə doğurdan elədi
Yəqin mənəm günahkar ki, oğlum yetim anasından
Bu əllər bilmir nədir oğurluq, nədir namərd hərəkəti
Amma səni hər ehtiyac içində görəndə qanadım əyilir
Qiblə adlandırdığım qazancların yox bərəkəti
Sanki o Kişinin şəkli ilə bir getdi manatın dəyəri
Sabahı düşün, oğul necə bir nəsil yetişər
Bu günkü gəncliyin xəmirini pul yoğursa
Cəmiyyət xətrinə ailə, qohumlar xətrinə övlad
Atalar aciz qalacaq, bir gün oğullar qul doğulsa
Sənin əlin əlimdədi, sənə hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata
Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata
Bağışla, mən böyüdüm
Sənin əlin əlimdədi, sənə hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata
Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata
Bağışla, mən böyüdüm
Salam ata, görməyəli heç dəyişmədin
Çayım qoy soyusun, isti günlər xatirəsinə
Başa düş, rahatlığa fərq etmir şəhər yoxsa kənd
Həyatın şirinliyinə təsir etmir şəkər yoxsa qənd
Böyütdün razıyam, amma öyrətmədin məğzi ki
Bu dünyada gözdən sala bilər hamını bir səhv
Öyrətmədin əsas qanunu, əsas dərsi ki
Bu həyatda ya sən, ya səni ya da hamını kimsə
Halal zəhmət, pul niyə?
Cənnətə getmək üçün
Başqaları yığır altına, cənnətini tikmək üçün
Vitrində oyuncağa baxan övladın yanında sıxılmaq
Ədalət boş şeydi, yoxsa yanında sıfırlar
Bu dörd divardan kənardakı hörmət gərəksizdi
Əgər bu dörd divarın içində həyat yerlə yeksan
Düzünü de çirkli pulla xəstə anamı xilas etmək?
Yoxsa təmiz pulla dəfn edib ona vermək ehsan?
Bəlkə də demək asan, bilirəm sənə də çətindi
Niyə isə yaxşı insan olmağı sənətə çevirdin
Həyatın sahibi olmaq, içim alışıb onla indi
Eybi yox, deməsinlər gedəndən sonra "heyif yaxşı oğlan idi"
Sənin əlin əlimdədi, sənə hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata
Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata
Bağışla, mən böyüdüm
Sənin əlin əlimdədi, sənə hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata
Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata
Bağışla, mən böyüdüm

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists