Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır (Nə isə) Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda Gələcəyi üçün insan keçmişini körpüdən atır Bir gün ölkədən qaçıb, azmaq idi arzum Elə bilmə səni yaddaşdan pozmaq idi arzum Artıq donub əlləri, güclə dayanıb Cek İstəmədim batan gəmidə çalım violonçel Ömrü bizim ömrümüzdən uzun bəstələrim var Dərinlikdən qaça bilməzsən qayıqla ancaq Zaman tunelində ilişib qalanlara pis xəbərim var! Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq Həyat gedir dediyin anda birdən vaxt sancar Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan Dinlə bu gecə təkcə məni Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Heç vaxt təkrar oxumayacağım sevimli kitab tək Qalacan rəflərdə özünəməxsus yerdə Özünəməxsus tərzdə hərdən yada salıb Bakı, sənin xislətin bizi bir birimizə baha satır Xatirəsi ağ qara şəkillər olan son nəsil bizik "Happy End"lə bitməyən hər bir son əzir bizi Çox əsib dizim, amma ki, qaçdıqca yollar artır Dünən qibləmiz manat idi, bu gün dollar artıq Mən səni tərk etmədim (yox, yox), seçim etdim Artıq illərdir ki, bu yarımadada həyat dustaq Vermir nə ömür sınaqlar, nə də ki, taleh dostlar Getmir "Səməd Vurğuna" prospektdən trolleybuslar Bəlkə də dəyişəcək nə vaxtsa passportumun rəngi Doğum yeri qalır eyni, necə gözlərimin rəngi Yollarını əzbər bilsən də yolunu azdıran şəhər Mənə, məni "mən" etmiş mahnılarımı yazdıran şəhər Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm