İlk baxışlardan artıq illər keçir Fərqi yoxdur kimsən sən, fərqi yox nəçi Kimlər özünə əyləncə, kimlər həyat seçir Kənardan parlaq görünür, amma boşdur içi Arada ömür fərqi, bir neçə yaş fərqi Bir neçə dəqiqə keçdi, vurdu qəlb zəngi Oldu qəlb zəngin sevgiylə dolub daşan Əzab versə də sonradan başlanğıcı unudasan Əl-ələ verib gəzdilər dünyanı kiçildərək Bəzən qaçıb gizlənərək, bəzən əylənərək Ya sevgi almışdı ağlı, ya yox idi əvvəldən Bu eşqi yaşayırdı hər hüceyrəsiylə bədən Onların hekayəsi macərayla dolu hər gün Soyuda bilmirdi nə payız, nə də qış qəlbi Dəyişdi hər şey eşidiləndə bir gün "Sabahın xeyir, Nil, dünyaya xoş gəldin" Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sabahın xeyir, Nil, soyuq səhərlər geridə Bu bahar daha isti, bu bahar tək deyilsən artıq Yaşananlar sadəcə xatirə Bir neçə səhv addım və dəydi arzular yerə Ayırır böyük şəhərləri kiçik vaqonlar Ayırır böyük sevgiləri bəzən poqonlar Birgə qurulan ev tək qorunmaz heç vaxt O elə bilirdi qəlb sevgidən yorulmaz heç vaxt Yadında hava limanı, yadında qandallar Göz yaşı ilə oxuduğu məktubları yandırmaq Dünyaya qarşı çıxmaq saf hisslərdən ötrü Gözləriylə qəhrəmanın təslim olmağın gördü O bilir tərk edən bəzən ən çox sevdiklərindir Bu həyat qapını vaxtında çırpıb gedə bilənindir Çətin sağalda mahnılar yaralar çox dərin Dünya artıq onların deyil, dünya təkcə Nilindir Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən saçlarınla gizlə məni Ölümə getsən də səslə məni Unudacaqsansa sevmə məni Qoy tək qalım əbədi Sən günəşdən Gizlə məni, gizlə məni Səslə məni Sevmə məni Sən günəşdən Gizlə məni, gizlə məni Səslə məni, səslə məni Sevmə məni, sevmə məni