Soyuq işıqların əhatəsində isti gözlər Bu gün sevgili olmaqçün ən uyğun gecədir Bakal uzadanda toxunmaq barmaqlara gizlincə Bu ilk baxışdan sevgi deyil əyləncədir Bu gün şouya verdim – play, hələ ki, lirika stop-da An etibarı ilə sən məni fəth elədin Axtar ürəyimi, bəlkə tapdın mikroskopla Bədənim avqust kimi isti, bir az meh istəyir Bütün sətirlərim yalan, indi bizə yaxın tavan Bir azdan uçub açıq səmada edərik davam Hələ açılmayıb səhər, toxunuşlar önə sərər Axı gözlərin tələ, üzürəm içimdə bərəl Eləmə dram, bakalın içi qan içirəm "Marry Dark Horse" səsiylə Katy Parry Batan şəhərdə arzuları birgə puç edərik Diqqətlə bax - qəlb bədənimə necə dəyir Yaxın dur Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı Qulaq as Mrs Mən sözlə qidalandığımçün mənə təsir etmir krizis Bir anlıq dondum Mənə tanış gəlir üzün Deyəsən bir vaxtlar desktop-umda fondun Qəribədir ardıcıllıq Bakıda Varlı bədənlər kasıba getmir ki, birdən qan kirlənər Guya utancaq və kübar Şairlərlə eşq yaşayıb, ərə gedirsiniz bankirlərə Mən dəfələrlə xoşbəxtliyi almışam pulla Bax, çekləri də saxlamışam yadigar Mən bilirəm nədir - eşq ovundakı nişanda olmaq Qadınlar gedir qalır ancaq mahnılar Səninlə var bir neçə sətirlik macəram Ən kobud qollar ortasında keçir bil ən incə an Yaşa! Sonra hansısa maymaqla MayBach-da Mənlə həyat ucuz, amma şərbət kimi, bax dadına Yaxın dur Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı Yaxın dur Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı