Elə bir hiss var ki, ürəyimdən uzaqdayam Geri gələndə yolumu kimsə gözləmir (heç kim) Küləyi bezdirən bu şəhərdə, xoşbəxtlik ehtimalı 100-də1 Danışmaq, yazmaq, oxumaq, yadda qalmaq Səni sevən səndən vaxt istəyir, sevgi istəmir Çağırmışdım dostları dar günümdə Hələ də yoxdur səs-səmir Davamlı payız qoxusu, xəzanlı misralarda Mən artıq eyni mövzulardan ibarət bir sətir Mən artıq yaxın deyiləm sənə əvvəlkitək Həyatım bələd sənə, qulaqların sözlərimi izləmir! De sevgin aysberq kimi altda gizlənib, yoxsa üstdəmi? Səni isidir toxunuşum, yoxsa hər şey sözdəmi? Maraqlan, gör kim öz həyatını pisləmir? Həyat bataqlıdır hə? Bəlkə Aid düz demir?! Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Soyuq divarlara söykənmək Uzaqlara baxıb - niyə böyüdük? - demək Tapa bilsəydik səadəti Sahil boyu qurduğumuz saraylarda Dalğalardan çəkinmədən Özu ilə səmaya səni hissələrlə çəkir gedən Böyümək - səni böyüdəni itirməkdir, demək! Məni sıxır keçmişdən qalan gödəkçə və xatirələr! Sığal çəkir, bu deyil əzizləmək Bu deyil qəliz demək, həyatı pisləmək Və kimsə niyə nifrət etdiyini yox Niyə sevə bilmədiyini deyir Valideynlər çox vaxt kim olduğunu yox Kim ola bilmədiyini deyir! Uzun qış gecələrində, qarışıq fikirlər Elə o vaxtı susur doğmalar, danışır fikirlər Sən içməsən də, köhnə dost gəlib, süz deyir Bütün qış məni dinlə və de – "Orxan düz deyir!" Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə Həyat adlı qaranlığın içində Arzularla çətindir yaşamaq Unudaraq dərdləri güləndə Mahnılar məni Ağladar yenə