Sən mənim dörd fəslimsən Sən olmadan həyat keçmir, bil! Bu qədər millətlər, hərənin öz dili Mənim sənə hisslərimi ifadə etməz heç bir dil Sus... Qoy bir az yarpaqlar danışsın Sevgidən şeirlər yox, qoy otaqlar danışsın Nə qədər saf toxunuşa şahid olmuş Sevgini üşüməkdən qoruyan isti yataqlar danışsın Sənlə döyünmək varkən ürək olub, dönmək sanki Dirəyimə böyümək sarılıb, kimə elə bir örnək sayılır ki?! Baxıb görünək insan kimi, inamım köynək sanki Ləkələr görünər sap kimi, ya da şəffaf, insan kimi Sonda dönsək saf geri bu evdə bizi nə gözləyir? Sevincimizə baxıb qəhər kədərin üzünə -"Döz deyir" Əl-ələ tutanda torpaq olur səma, dərələr isə bulud Mən səni unudaram bir sabah görünərsə qürub Tapsan dərində Nə qədər üzüb getsən də hissləri Son sözlərində desə Nə fayda? Qəlb sevgi istəmir Tapsan dərində Bir gün üzüb getsən bu hissləri Son sözdən əvvəl Diqqətlə bax, axı gözləri gizləmir Sən mənim cüt gözümsən Sən olmadan yerimək çox çətin, bil! Bu qədər göz yaşları isladır izləri Mənim yağışlarımı səndən gizlədib çox çətir Bil ki, sən mənim nəfəsimsən Gec gəldikcə qaralır dünya və azalıram mən Sənlə yaşadığım hər saniyə ömürdən getsə belə Dayanacağı olan həyatda sonsuzluğu qazanıram mən Sən axan qanımsan, olmasan özümü hiss etmirəm Həqiqətə yaxın yalansan, nağıldayam, gizlətmirəm Buralarda düz hər tərəf, çünki güzgülər yox Çəkinmədən gəl dünyama, rahat ol, özgələr yox Önümdə səs gələn yol, işıqlar yalançı olur Sən ən çox sevilən biri ol, mən isə davamçın olum Məişət torunda şikara çevrilmiş sevgidə Xoşbəxtlik yalansa əgər, qoy mən əbədi yalançın olum Tapsan dərində Nə qədər üzüb getsən də hissləri Son sözlərində desə Nə fayda? Qəlb sevgi istəmir Tapsan dərində Bir gün üzüb getsən bu hissləri Son sözdən əvvəl Diqqətlə bax, axı gözləri gizləmir Tapsan dərində Nə qədər üzüb getsən də hissləri Son sözlərində desə Nə fayda? Qəlb sevgi istəmir Tapsan dərində Bir gün üzüb getsən bu hissləri Son sözdən əvvəl Diqqətlə bax, axı gözləri gizləmir