Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar Bir gün qabaq yox idin, bu gün isə həyatın var Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik Onların yerinə bütün xoşbəxtliklərə "hə" deyəsi idik Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı Bəzənsə parçalanan qaya arasında son qırıntı Gözünü yum, qorxma bir azdan bitəcək səslər Küsmə talehindən o heç nəyi etmir qəsdən Azalacaq səslər, azalacaq səslər Valideyn sayi azaldıqca azalacaq səslər ♪ Dizimi qucaqlayıb dinlədim o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Valideyn davaları dəriyə hopmuş yaralar kimidir Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində Kimsə nazir ailəsində, var-dövlət, mülk içində Kimsə son anda abort etməyən tək anayla Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla Analar var - qalıb baş-başa yadigar başdaşıyla Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla Uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla Gecədən qalma yaşı ilə səhər məktəbə getmək Çətin idi özgələrdən qayğı tələb etmək Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq ♪ Dizimi qucaqlayıb dinlədim o səsləri Gözümü bağlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Gələcək nəsillərə böyük nifrət bəsləyir