Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here Səni sıxır hər səhər eyni üzlər, eyni yollarda Arzuya çatmaq istəyir hamı əyri yollarla Ofis pəncərəsindən baxıb xəyala dalırsan Bəlkə bir gün kimsə aparar səni uzaqlara Səni sıxır ətraf, xeyir güdən sevgilərlə Səni sıxır yanaqların - süni hər güləndə Bəlkə bir gün bağışlamağı tərgidəndə Cəmi bir dostun qalar yanında, o da ki, özün Sən məni incidirsən, toxunur hər bir sözün Səmimi mahnılar artıq ən dərində üzür Qalxmaq istəyəndə qırılır nərdivanlar Yıxılan dərdi anlar, nə edək belədir özül Şəhərdə hərə bir cürdür, hərə də bir cür dözür Hərənin bir olsa da ürəyi, amma çoxdur üzü Səni uzaqlara aparmaq istəyirəm bu şəhərdən Qorxma! Mən dözməsəm də qanadlarım dözür Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here Yoxdur pəncərədən baxanda sevə biləcəyim şəhər Yoxdur Bakının tüstüsündən artıq boğan qəhər Yoxdur bu şəhərdə təmiz qəlblərin vəhdəti Yoxdur mənim üçün dostların istifadə müddəti Yoxdur inam heçkimə, yoxdur güvən heçkimə İşi düşməyincə yoxdur zəng edən heçkimə Yoxdur qələm, vərəq səmimiyyət bitib artıq Elektron məktublarda sevgi itib artıq Yoxdur gələcək planlar, gələcək özü yoxdur Tanrını görməyənlərin yəqin gözü yoxdur Yoxdur bu gün saf uşaqlıq illərinin izləri Yoxdur artıq içimdə yaxşı insan olmaq istəyi Yoxdur dünənlərdən bugünə miras bir şey Yoxdur ayağım dəyməyən yer, dayaz hər şey Məni apar bu şəhərdən, uzaqlar daha gözəl Qorxma! Sən dözməsən də qanadların dözər Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here