Səmadan ulduz axanda ilk dəfə arzu tutmaq Qələmin pıçıltısını bəyaz kağıza qatmaq Düşünmədən - sabah nə olacaq, daha kim gedəcək? Görəsən mən qabağa getdikcə dala kim gedəcək? İlk dəfə danışmaq həyatını tanımadığın birinə Onsuz da tanıyanlar da başa düşmədən dinləyir Tərbiyə etmək həqiqətdən qorumadığın dilini İlk dəfə tərifləmək ətrafı bəlkə düşmənlər dinləyir 11-ci mərtəbədən dumanlı, bəyaz şəhər İlk dəfə plan qurmaq - birdən açılmazsa səhər Soyuqla mən dostam, bir günlük sən də dost ol İlk dəfə yazdığım vərəqlərə çoxdan toz dolu Bu gözlər hərdən boz olur hərdənsə öz rəngi Əynimdəki bəyaz köynəyə yaraşır söz rəngi Danışmaq istəyirəm səhərə qədər uzun cümlələrlə Xoşbəxtlik 1 saatdır qapıda dayanıb vurur zəngi İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə qucaqlamaq sevgini sinədə boğana qədər Gəzmək yağış altda son damla yağana qədər Son dəfə qışqırmaq bütün şəhər eşitsin qoy Durmadan səmaya baxmaq, ilk şimşək çaxana qədər Son dəfə mahnı yazmaq, ilk dəfə şən notlarla Hayat klassik bir musiqi - dəyişən notlarla Son dəfə dərddən danışmayıb sevinək bəlkə? Yaralar körpü yaradıb dost və yadlarla Son dəfə yaratmaq ölməz daha bir neçə mahnı Bir neçə söz ki, əbədi qalacaq sən getsən bir gün Son dəfə doğmalara zəng edib sevgini etiraf etmək İşığı söndür və səsimi dinlə gecə vaxtı Son dəfə gülərüz olmaq şaxtalı illərdən sonra Görəsən doğrudanmı ən güclülər güləcək sonda? Hər gün yeni hadisələr hər gün yeni tanışlar Küləyi buraxım otağa son dəfə əssin orda Son dəfə bağışlamaq hər kəsi və göz yummaq Hər kəsi dinləmək və hər kəsdən razı qalmaq Dünyanın talehin bircə günlük düşünmədən Səmadan ulduz axanda son dəfə arzu tutmaq Son dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə sevmək Həyatdan bi xəbər Unudaraq hər şeyi Uçuram ulduzlara