Daha neçə uşaq aclıqdan öləcək şəkil naminə? Nə qədər insan batacaq ki, gündəm dəyişsin? Dünyanın alın yazısı yazılıb qan ilə Biz ruhumuzu endirdikcə baş barmaq qalxır göyə Hələ çox quyular qazılacaq səngər deyə Çox güllə atılacaq kimsə igid olsun deyə Ədalət mücərrəd məvhum və əlçatmaz Yüz dəfə diz çökdüm bircə dəfə sən gəl deyə Zirvəyə çevrilir ən alçaq dərələr Hələ çox güləcək bizə qəbirdən ölülər Yoxdur artıq kiçik günah, var ancaq irilər Getsə də köhnə zalımlar, gələcək yenilər Küləklə döyüşdükcə ümidsiz gəmilər Batdıqca canlar dibə yeni ləpələr dirilər Yuyulduqca sahillər, dağılar qum saraylar Şahlar can verər, öz xislətində boğulub ağlar Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Kimsə çəkir yerə, kimsə çəkir yenə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə ♪ Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Əllər açılır göyə, əllər açılır göyə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə