Kishore Kumar Hits

Aslixan - Sen De lyrics

Artist: Aslixan

album: Extra


Həqiqət
Başımıza dolanıb
Şahidsiz
Demişəm mən olanı.
Bilirəm ki, Xəyalınız olduğu bu yerlər
Mən gəlmişəm ki, xəyalımda zəbt eləyim buranı.
İndi çamadanla dollar qoyub önümə
Zombi olmağım üçün bax imza atıb ölülər.
Günü-gündən əfsanəyə dönürəm mən
Qalxıb göyə, göydələndən görürəm.
Boz rəngə boyanıb bu göylərimin rəngi
Yaşıyırıq ümidlə biz düzələcək bəlki?!
Danışıram, danışdıqca tükənir bu səbrim
Məni seçib dedilər ki, danış düzü sən de.
Düzü sən de,
Danış düzü sən de.
Lap istəsən mən susum,
Danış düzü sən de.
Düzü sən de,
Danış düzü sən de.
Lap istəsən mən susum,
Danış düzü sən de.
Bu hissimi yazım deyim
Bil mənə Fakelər lazım deyil
Mən çoxdan hazıram amma
Kütlənin hamısı hazır deyil.
İstədim bunu yazım deyim
Ki mənə kütlər lazım deyil.
Mən çoxdan hazıram amma
Kütlənin hamısı hazır deyil.
Düşünmədim necə partladam
Amma düşün demiş görüm parta-part
Və keçmədim heç vaxt ön sıralara
Mən oturdum ən arxada
Tək partada ki hamını görüm.
Vay görürdüm ki biz hamımız ölüb
Yolun başında da dəstək olanları
Gördüm yarı yolda hamı dönüb.
Xalqın gözü tərəzidi, gözlərim güzgü
Ayılasız deyə verse düzləri düzdüm
Gəl oturaq əyri amma danışaq düzgün.
Yaxşı baxın sizə sizləri göstərib üzdüm.
Buraxmışdım düşmənimi yaxına
İstəmədən mən də düşdüm axına
Atdığınız daş pilləkən, pilləkəndən qalxıram
Düşüşdə siz pillə-pillə göydələndən baxıram.
Boz rəngə boyanıb bu göylərimin rəngi
Yaşıyırıq ümidlə biz düzələcək bəlki?!
Danışıram, danışdıqca tükənir bu səbrim
Məni seçib dedilər ki, danış düzü sən de.
Düzü sən de,
Danış düzü sən de.
Lap istəsən mən susum,
Danış düzü sən de.
Düzü sən de,
Danış düzü sən de.
Lap istəsən mən susum,
Danış düzü sən de.

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists