Demə mənə sən keçmişini Qayıtmayım uzaqlara Açma mənə sirlərini Dinlə məni, vermə zəhmət dodaqlara Gülərkən üzün də qan ağlayır için Dinərkən telində qırılır səsin Elə sarılmısan ki boynuma mənim Sanki məndən başqa yoxdur heç kəsin Buyur yanımda əyləş, bir az dərdləşək Amma sən səssiz qal, qoy yalnız mən danışım Bir dəniz, bir bulud, bir də ki şimşək Yağdırsın yağışı, itsin göz yaşım ♪ Gülərkən üzün də qan ağlayır için Dinərkən telində qırılır səsin Elə sarılmısan ki boynuma mənim Sanki məndən başqa yoxdur heç kəsin Elə fərz elə ki, aramızda hər şey yalan Mənə fərq eləmir, hər nə qədər keçsə zaman Sənə sözüm kalan, yenə yandım aman! Bil, ayrılığın hər şeydən daha yaman Dodaqlarımda hələ də dadın qalıb Həyatımda heç kim yox, bir qadın qalıb Boş, mənasız yaşadığım ömrümdə İnan ki, tək sənin adın qalıb Elə fərz elə ki, aramızda hər şey yalan Mənə fərq eləmir, hər nə qədər keçsə zaman Sənə sözüm kalan, yenə yandım aman! Bil, ayrılığın hər şeydən daha yaman Buyur yanımda əyləş, bir az dərdləşək Amma sən səssiz qal, qoy yalnız mən danışım Bir dəniz, bir bulud, bir də ki şimşək Yağdırsın yağışı, itsin göz yaşım