Nəğmə dolu bir ürəyəm Torpağına baş əyərəm Ey Vətən! Meşələrin çətirlidir Gül-çiçəyin ətirlidir Ey Vətən! Ey Vətən! Dağlarına düşən şehdən Çöllərinə əsən mehdən Doya bilmirəm, doya bilmirəm Ey Vətən! Bir anamdan, bir də səndən Bu dünyada, bu dünyada Doya bilmirəm, doya bilmirəm Ey Vətən! ♪ Tarixlərdə adın ulu Ağ günlərin nəğmə dolu Ey Vətən! Sənin gülən məhəbbətin Tükənməzdir sədaqətin Ey Vətən! Ey Vətən! Dağlarına düşən şehdən Çöllərinə əsən mehdən Doya bilmirəm, doya bilmirəm Ey Vətən! Bir anamdan, bir də səndən Bu dünyada, bu dünyada Doya bilmirəm, doya bilmirəm Ey Vətən!