İblisim Adolf Hitler, mələyim Mahatma Gandhi Həmkarım Çikatilo, RG bir də Ted Bundy Mən də Quzğunam, qurda dönüb vəhdət yaradıram O qədər pozğunam ki, bədənlər də şəhvət yaradıram Sözlərim yol göstərir, gözlərim güzgündür Məmləkətim də təkcə ayın tarixi düzgündür Zamana möhür vurub, saçlarını yoluram mən Fahişələrin cənazə namazın qılıram mən Palata nömrə 13, patient məxvi biridi Ağır travmaları var, qan qrupu mənfi birdir Okaber hədəf seçir, deşir buraxır Karabin leş Damarlara yeriyir, qətran altı nikotin beş Məclis də Xaç Atası, hər kəs ayağa qalxsın Eşidirsiz? Deyirəm ki, mərkəz ayağa qalxsın Heç nə dəyişmir qədəhə qan əvəzi "whiskey" dolarsa Sən uzağbaşı bizdən törənən "husky" olarsan Əqidəmin xadimidi çıxan hər single Beynim mina tarlası idi, indi Çernobıl Partlayan köpük kimisiz, axan su misalı Necə ki, qəhrəman deyil 26 Bakı komissarı Həmin nəzəriyyəyə tüpürüb yaşayıram Likantropiyamı Sənə öncə repi sevdirəcəm sonra ideologiyamı Əbədi gedənlərin dəyərini tap gətir deyim Fahişələrin ətri eyni, bir də qətl meyid Sətir, beyt mətin beyni qarət edir Bu şəhər də sevgililərə PPX nəzarət edir Alət edir, qurd pəncəni vurdum, qanıyır Qurd Cəbrayılı tanımayan, qurdumu tanıyır Getdikcə uzağlaşır hisslər amma qaçaq deyil Dünyam yumru, kvadratdı amma üçbucaq deyil Nə qədər ki, burdayam kəsin səsinizi batırın İndi isə gedirəm məni 13-cü palataya yatırın