Bir ürək bağışla ki Heç zaman soyumasın Bir xəyal bağışla ki Uçuşdan uyumasın Bir fikir bağışla ki Dəryadan dərin olsun Bir düzüm mirvari ver İnci sözlərin olsun Sənə söhbət eyləsəm Qəlbinlə məni dinlə Könlüm yaralı olsa Sağalt təbəsümünlə Bir bahar bağışla ki Eşqim günəşi olsun Bir ocaq bağışla ki Sönməz atəşi olsun Bir çıraq bağışla ki Odu hər yana düşsün İşığı neçə qəlbə Neçə vicdana düşsün Yaşatsan, yaşat, ancaq Bir təmiz sözlə məni Gözləsən tək mənəvi Ölümdən gözlə məni Bir çıraq bağışla ki Odu hər yana düşsün İşığı neçə qəlbə Neçə vicdana düşsün Yaşatsan, yaşat, ancaq Bir təmiz sözlə məni Gözləsən tək mənəvi Ölümdən gözlə məni