Bir ötən sevgini unuda bilsəm, Könlümü sevginlə ovuda bilsəm, Bir axşam yanına, qayıda bilsəm Bağışla, bağışla, məni bağışla Bağışla qapını döyə bilmirəm, Bağışla sevirəm, deyə bilmirəm. Özüm də bilmirəm, ah niyə bilmirəm, Bağışla, bağışla, məni bağışla Bir sönən ocağın külünə yanma Ömrümün ayına, ilinə yanma Desəm ki sevmirəm gəl mənə inanma, Bağışla, bağışla, məni bağışla... Bağışla məni