Düşəndə yadıma sənli günlərim Sinəmdə həsrətdən ocaq qalanır Başlanır dumanlı, çənli günlərim Ömrümə qəmli bir ömür calanır Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? ♪ Getdin gözlərində qəmli baxışlar Mənimlə danışıb gülməyəcəksən Bəlkə gələcəksən yağan yağışla Bəlkə də heç zaman gəlməyəcəksən Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım? Xəyalın dolanır başımda mənim Səni harda gəzim, harda arayım? Bu sevib-sevilən yaşımda mənim Tanrıdan budurmu məhəbbət payım?