Nəğmə dolu bir ürəyəm Torpağına baş əyərəm, ey vətən Meşələrin çətirlidir, gül-çiçəyin ətirlidir! Ey vətən, ey vətən! Dağlarına düşən şehdən Çöllərinə əsən mehdən Doya bilmirəm, doya bilmirəm Ey vətən... Bir anamdan, bir də səndən Bu dünyada, bu dünyada Doya bilmirəm, doya bilmirəm Ey vətən... Tarixlərdən adın ulu Ağ günlərin nəğmə dolu, ey vətən Sənin gülən məhəbbətin Tükənməzdir sədaqətin, ey vətən Ey vətən... Çəməninə qonan şehdən Dağlarından əsən mehdən Doya bilmirəm, doya bilmirəm Ey vətən... Bir anamdan, bir də səndən Bu dünyada, bu dünyada Doya bilmirəm, doya bilmirəm Ey vətən... ♪ Dağlarına düşən şehdən Çöllərinə əsən mehdən Doya bilmirəm, doya bilmirəm Ey vətən... Bir anamdan, bir də səndən Bu dünyada, bu dünyada Doya bilmirəm, doya bilmirəm Ey vətən... Ey vətən... Ey vətən...