Yanar qəlbimiz atəşi-eşqdən Nə qədər gözümüzdən yaş axacaq? Ümidim hələ var, yaşayacaq Onu gəl birlikdə qoruyaq Nədir kölgə salan üzümüzdə? Soruşanlara yox sözümüz də Hələ tapmamışıq özümüz də Bu hissin adın nə qoyaq? Sən varsan deyə mən varam Olmasan, çox darıxaram Gülüm, mən səni tək buraxaram? Yox, yox, yox Dəyərlisən hər anımdan Heç yerdə getmə yanımdan Sevgilim, səni sevirəm öz canımdan Çox, çox, çox ♪ Ürəyim sənə qarşı çıxmaz Qürurum axı sevgimi yıxmaz Gözlərim səndən özgəyə baxmaz Sevinər görəndə səni Bu sevgi bizə gəldi qonaqtək Qəlbim alışır bir ocaqtək Həyəcanlanıram körpə uşaqtək Görəndə mən də səni Sən varsan deyə mən varam Olmasan, çox darıxaram Mən səni tək buraxmaram Yox, yox, yox Dəyərlisən hər anımdan Heç yerdə getmə yanımdan Səni sevirəm öz canımdan Çox, çox, çox ♪ Sən varsan deyə mən varam Olmasan, çox darıxaram Mən səni tək buraxmaram Yox, yox, yox Dəyərlisən hər anımdan Heç yerdə getmə yanımdan Səni sevirəm öz canımdan Çox, çox, çox Sən varsan deyə mən varam