Yadıma düşürsən, sevgilim hərdən Ürəyim az qalır, çıxsın yerindən Görüşə bilsəydik bir də təzədən Vallah bu dünyada dərdim olmazdı Hərdən istəyirəm yanına gələm Uzaqdan da olsa üzünü görəm Səni danışdıram, halını soram Bəlkə bir baxışın yaşatdı məni İçmişəm bu eşqin zəhərini mən Almıram nə vaxtdır xəbərini mən Boyumdan da böyük kədərini mən Salıb ürəyimə, dağ eyləmişəm İçmişəm bu eşqin zəhərini mən Almıram nə vaxtdır xəbərini mən Boyumdan da böyük kədərini mən Salıb ürəyimə, dağ eyləmişəm Atıram sevgindən bir az qəlbimə Qəlbimin içində oda düşürsən Qəlbim şahiddir gecələrimə Gecə səhərədək yada düşürsən Hərdən istəyirəm yanına gələm Uzaqdan da olsa üzünü görəm Səni danışdıram, halını soram Bəlkə bir baxışın yaşatdı məni İçmişəm bu eşqin zəhərini mən Almıram nə vaxtdır xəbərini mən Boyumdan da böyük kədərini mən Salıb ürəyimə, dağ eyləmişəm İçmişəm bu eşqin zəhərini mən Almıram nə vaxtdır xəbərini mən Boyumdan da böyük kədərini mən Salıb ürəyimə, dağ eyləmişəm Bəlkə indi sağ olsaydın Sənin yazdığın bu şeirə daha şən mahnılar oxunardı Amma yox, sən elə özün yaxşı bilirdin ki Bu mahnı qəmli olacaq Çünki sən artıq vətən uğrunda canından keçməyə hazır idin Sən ölməmisən, sən şəhid olmusan! Sevgini yaşada bilməsən də Ürəklərdə sevilərək yaşayacaqsan Sən ölməmisən, sən şəhid olmusan! İçmişəm bu eşqin zəhərini mən Almıram nə vaxtdır xəbərini mən Boyumdan böyük kədərini mən Salıb ürəyimə, dağ eyləmişəm