Müəllim olsaydın Hədiyyən olardım Sən məni almasaydın Başqasına çatardım Başqası məcbur edib Yoldan çıxardardı Mən çantanda yerləşib Əlinə toxunardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Olardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Həkim olsaydın Baş həkimin olardım Vəzifəmdən sui istifadə edib Səni danlıyardım Sən gecikərdin Mən otağına gül qoyardım Unudardım Ki təcilidir tibbi yardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Olardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Şeytan olsaydın Vəkilin olardım Hamıya qarşı çıxıb Səni mələk çıxardardım Deputat olsaydın Səni dinləyib yatardım Yeni qanunlarına Lay lay tək qulaq asardım Bir əsər olsaydın Şekspir olardım Ya olum ya olüm soruşsaydın Mən Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Olardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə