O qədər dərtlə, sərlə yüklənmişəm ki, gələn hər qram da dözülməz, ağır
Həyat qəmli notlarda, hətta yağan hər yağış da hüzünlə yağır
"Tək qalsan, üzülmə, çağır" deyənlərdi əsas üzənlər axı
Bu qaçıb yorulan ürəyimin təridi göz yaşlarımla gözümdən axır
Məni boğan hər şey sənin əllərinlə yapışır sanki bərk yaxamdan
Mənim olan hər şey sənin əlində, oluram sənsiz tərki-cahandan
Donan arzular, bəlkə yağan qar
Bahar gələcəkmi? hələki zaman var
Ölsəm də, bil ki, sənli yaramdan
Yaşıyacaq sevgim hər iki zamanda
Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et
Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət
Bu sevgidə qalıbmı cəsarət?
Bizi bitmiş hesab et
Necə geri dönək?
İzah et, izah et

Var hər gedişin dönüşü
Bu səfər niyə dərt-sərə dönüşür eşq?
Ya gəl danışaq görüşüb
Ya da kəsib ataq hər şeyi bölüşüb
Dərdi mənə ver mənə, mənə
Nədən ayrılıq, qaranlıq elə mənə?
Necə əl çəkim? izah elə
Çevirim üzümü gedim, yaraşmaz axı mənə
Buxarlı pəncərənin kölgəsi, üstünə yazılıb adlarımız
Bizi gözləyir bu qapıda, ikimiz, qurduğumuz o xəyallarımız
Axı unuda bilmərəm onu ölsəm, onun nur üzünü bircə dəfə görsəm
Necə yaralayıb ürəyi gedirsən, necə ağrı verir axı bir bilsən?.
Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et
Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət
Bu sevgidə qalıbmı cəsarət?
Bizi bitmiş hesab et
Necə geri dönək?
İzah et, izah et
Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et
Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət
Bu sevgidə qalıbmı cəsarət?
Bizi bitmiş hesab et
Necə geri dönək?
İzah et, izah et
Поcмотреть все песни артиста