Kishore Kumar Hits

Nazryn - Sənlə Olmaz Ki (Acoustic) lyrics

Artist: Nazryn

album: Sənlə Olmaz Ki (Acoustic)


Bilmirəm neçə hissəyə bölünəcəm
Nə o var, nə limanım
Bilmirəm mənə nə xəbər gətirəcək
Yoxdur ki, heç inamım.
Səhv olub həyatında qalmağım
Sətirləri tək ona yazmağım
Doğrusu dəftəri bağlamağım
Bu da ötüb keçəcək
Mən qürurumdan bu gün çöksəm
Məni silmən daha asan
Varmı mənim kimisi
Səni sevən birisi?
Gəlməsin heç gerisi
Bu necə bir ağrıdır? Sarsıdır...
Danışmasaq bunu biz?
De mənə yalnızca "Siz"
Olmaz ki, biz ikimiz
Onsuz həyat qarşıdır
Mənə qarşıdır
Bilmirəm bu sözlərimin nə faydası
Onsuzda uduzuram
Sənə etirazlarımın sonrası
Tək günahkar mən oluram
Mənim gəmim batır
Mənim könlüm yatır
Hiss edirəm, o, məni aldadır
Başqası yanında qəlbi yanır
Deyirlər, yanılıram
Kaş, daha öncə bunu bilsəm
Səni silməm daha asan
Varmı mənim kimisi
Səni sevən birisi?
Gəlməsin heç gerisi
Bu necə bir ağrıdır? Sarsıdır...
Danışmasaq bunu biz?
De mənə yalnızca "Siz"
Olmaz ki, biz ikimiz
Onsuz həyat qarşıdır
Mənə qarşıdır.
(Varmı mənim kimisi)
(Səni sevən birisi?)
(Varmı mənim kimisi)
(Səni sevən birisi?)
Yoxdur mənim kimisi!

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists