Tərk etdin sən məni, kövrəldim
Bu dərddən mən yandım, göynədim
Dərdi gizləyən anam
Mənsiz dözməyən anam
Ayrılıq sevməyən anam
Çağırdım harayla, dinmədin
Gözlədim, gözlədim, gəlmədin
Fikrində hər anam
Əziz, mehriban anam
Məndən nigaran anam
Axtarır gözlərim, qəlbimdə sözlərim
Hardasan, hardasan, anam?
Anam, lay-lay, doğmam, lay-lay
Anam, lay-lay
Anam, lay-lay, doğmam, lay-lay
Anam, lay-lay
♪
Səhərlər sevginlə oyandım
Həsrətlə dünənə boylandım
Lay-lay oxuyan anam
Avazı şirin anam
Gözəl, gülərüz anam
Görəndə sən yoxsan, odlandım
İnan, heç mən səndən doymadım
Nə olur, uyan, anam
Səsimi duy, ay anam
Mənim vəfalı anam
Axtarır gözlərim, qəlbimdə sözlərim
Hardasan, hardasan, anam?
Axtarır gözlərim, qəlbimdə sözlərim
Hardasan, hardasan, anam?
Anam, lay-lay, doğmam, lay-lay
Anam, lay-lay
Anam, lay-lay, doğmam, lay-lay
Anam, lay-lay
Anam, lay-lay
Поcмотреть все песни артиста