Kishore Kumar Hits

İlqar Muradov - Əlvida lyrics

Artist: İlqar Muradov

album: Yavaş-Yavaş


Qopur ürəyimdən
Sonuncu nida
Sonuncu hıçqırıq
Sonuncu nəfəs
Əlvida, yalançı
Dünya, əlvida
Daha sənlə bir yerdə
Qalmağa dəyməz
Kaş ki, daş olaydım
Xilqət olunca
Dünyanın əşrəfi
İnsan yalandır
Budur Əzrayıl da
Əli qılınclı
Başımın üstünü
Kəsdi dayandı
Mən səndə nə gördüm
Saysız dərd-kədər
Mən səndə nə gördüm
Ölüm, qan qədər
Mən səndə nə gördüm
Diri ölülər
Əlvida, oyuncaq
Dünya, əlvida
Əlvida, əlvida
Yabançı dünya
Çökür gözlərimə
Zülmət qaranlıq
Əlvida, əlvida
Yalançı dünya
Həqiqi dünyama
Yetirəm artıq

Bir də 3 oğluma
Köküm məvhərim
Əlvida demərəm
Deyə bilmərəm
Qoyun boylarına
Baxım son kərə
Onları görməsəm
Ölə bilmərəm
Bir də ki, ölmədim
Təbrizi gördüm
Gördüm o taydakı
Qardaşlarımı
Ulu Şəhriyartək
Əzizi gördüm
Tökdüm məzarına
Göz yaşlarımı
Mən səndə nə gördüm
Saysız dərd-kədər
Mən səndə nə gördüm
Ölüm, qan qədər
Mən səndə nə gördüm
Diri ölülər
Əlvida, oyuncaq
Dünya, əlvida
Əlvida, əlvida
Yabançı dünya
Çökür gözlərimə
Zülmət qaranlıq
Əlvida, əlvida
Yalançı dünya
Həqiqi dünyama
Yetirəm artıq

Əlvida, yer, səma
Əziz dost, həmdəm
Əlvida hər şeyə
Bir də hər kəsə
Ölsəm də, əlvida
Deyə bilmərəm
Bir anam
Bir də ki, nəvəm Təbrizə

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists