Bahar təravətli, gözəl gündü...
Az qalır, insanı danışdırsın...
Mənim sevgilimsə küsüb məndən,
Biri bizi lazımdı barışdırsın...
Mən nə edim ki, ona xoş getsin,
Mənlə barışsın, məni əhv etsin...
Həsrətimiz, hicranımız bitsin,
Ulu tanrım, bizi də qovuşdursun
Yar mənə sarı yenə boylansın,
Qoy, məni sevsin, yenə qısqansın...
Yar mənə sarı yenə boylansın,
Yenə məni sevsin, yenə qısqansın...
Qəlbimiz eşqi ilə alovlansın,
Ağyalı yandırsın, alışdırsın...
Tapın ey dostlar, mənə bir çarə,
Xəyalı eyliyib, məni avarə...
Dostlar, eyliyin mənə bir çarə,
Xəyalı eyliyib, məni avarə...
Səhər açılır, günümü edir qarə,
Gecə də gəlir, yuxumu qarışdırsın...
Gəldi bahar, bağlara bar gəlsin,
Bizim də ömrümüzə bahar gəlsin...
Mənim də arzumdu ki, yar gəlsin,
Eşqini, qəlbimdə qızışdırsın...
Amma mənim yarım küsüb məndən,
Biri bizi lazımdı barışdırsın...
Поcмотреть все песни артиста