Yol çəkir gözlər, səni axtarır Gözləmək çətin, xəyala aparır Ah - nalə çəkib, səni axtarır Dönməyəcəksən, ruhun ucalıb Yadımdadır, atdığın o son səs Sonuncu sözlərin, ağlımdan silinməz Yadımdadır, çıxıb gedəndə Sonuncu baxışın, ağlımdan silinməz Yoxluğuna dözmək olmur, sənsizliklə barışmıram Səndən çoxdur danışanlar, yoxluğuna alışmıram Qurduğumuz o xəyallar yarım qaldı arzularda Şəkillərin divarlarda dili yoxdur, danışmırlar Çöldə tufan qalxdı, yağış yağdı, ətrin gəldi mənə Pencəyini qucaqlayıb isindim mən sevgimizdən Gedəndə də gülümsəyib ümid verdin dönməyinə Gəlişini gözləyirəm baxıb həmin pəncərədən Yol çəkir gözlər, səni axtarır Gözləmək çətin, xəyala aparır Ah - nalə çəkib, səni axtarır Dönməyəcəksən, ruhun ucalıb