Bir az şərabla etməyəcəyimiz səhv yox Həyat qaranlıq, ürək yol Çıxılmaz olarmı tək yol? Mən varam, xəyallar var, sən yox Nə sabah yox, nə dünən yox Nə görən var, nə bilən yox Mən özümü itirmişəm axı! Mənim üzümü güləndə heç görən yox
Yaraşır, yaraşır üzümə mənim tənhalıq Yaraşır üzülən üzə fəryadım Dayanıb bax neçədən saatım Gecə mən, mən gecədən zalım Darmadağın həyatın övladı Neçə il öncədə qalıb yadı? Həyatım beş səhifədən ibarət Amma ürəyimin özü bir dünyadır Yaraşır üzümə mənim tənhalıq Yaraşır üzülən üzə fəryadım Dayanıb bax neçədən saatım Gecə mən, mən gecədən zalım Darmadağın həyatın övladı Neçə il öncədə qalıb yadı? Həyatım beş səhifədən ibarət Amma ürəyimin özü bir dünyadır ♪ Ölümmü qorxudacaq ilk doğuşdan ölənləri? Nə badə eşq ilə təhdidləri fəryad edəsən Onsuz da, istəsək də yazılanları siləmmərik Arada bir bəsdir məni xəyallarında yad edəsən İzsiz səhrada itmiş tək yalquzağam mən Heç bir əzab məni sənin qədər yormamışdı Həyatın kölgəsində bəlalardan uzağam mən Anamın duaları tək səndən qorumamışdı Amma mən inanmıram sən qalasan indiyə tək Onsuz da, səni heç vaxt öz yanımda görməmişdim Məzarlıqdan qorxanların həyatda indiyədək Əminəm, heç bir doğması yanında ölməmişdir Bu gecə şərablarla xəyal edim, qatım səni Şəklin küsüb, sanki susur, məni danışdırmır Çox istədim başqasında tapım səni Ürəyim sevgimizi başqa birinə yaraşdırmır ♪ Yaraşır, yaraşır üzümə mənim tənhalıq Yaraşır üzülən üzə fəryadım Dayanıb bax neçədən saatım Gecə mən, mən gecədən zalım Darmadağın həyatın övladı Neçə il öncədə qalıb yadı? Həyatım beş səhifədən ibarət Yaraşır, yaraşır üzümə mənim tənhalıq Yaraşır üzülən üzə fəryadım Dayanıb bax neçədən saatım Gecə mən, mən gecədən zalım Darmadağın həyatın övladı Neçə il öncədə qalıb yadı? Həyatım beş səhifədən ibarət Amma ürəyimin özü bir dünyadır Yaraşır üzümə mənim tənhalıq Yaraşır üzülən üzə fəryadım Dayanıb bax neçədən saatım Gecə mən, mən gecədən zalım Darmadağın həyatın övladı Neçə il öncədə qalıb yadı? Həyatım beş səhifədən ibarət Amma ürəyimin özü bir dünyadır