Çəkilib dayanmışam aynaların qarşısında O qədər dəyişdim ki əvvəl olsa inanmazdım Ümidim yoxdu bir də uşağlığıma geri qayıdam Olsaydı beş yaşımda ilk şeirimi yazmazdım Əvvəllər ağlayardım ancaq indi qəm də mənəm Qorxardım atəşdən indi cəhənnəm də mənəm Şeytanın hiyləsiyəm hansı ki adəm çaşdı Bilmirəm bəlkə şeytan da mən,adəm də mənəm Həsrətin həsrətin çəkib bu nə həsrətdi dedim Bu həyat əzablarını tək mənə həsr etdi dedim Elə bir yarə vuruldum bir ömür bir yaşayaq Cəmi bir gün yaşadım bir günə əsr etdi dedim Bədəndə hər şey var bircə dözümnən başqa Ağlayır bütün bədən indi gözümnən başqa Ətrafda canlı meyidlər danışırlar susuram Tanıdım hər kəsi mən təkcə özümdən başqa Çəkilib dayanmışam aynaların qarşısında O qədər dəyişdim ki əvvəl olsa inanmazdım Ümidim yoxdu bir də uşağlığıma geri qayıdam Olsaydı beş yaşımda ilk şeirimi yazmazdım Allah bir yuxu göndərsə bəlkə əbədi yatım Beşikdə laylalarla başlayıb iyrənc həyatım Son ümid söz yazıram acizanə bir təblə Mən özüm qalmayacam,bəlkə qaldı ədəbiyyatım Bildiyin ən böyük dağın başında zirvəsiyəm Elə bir kimsəsizəm kimsəsizin kimsəsiyəm Nə kimsəyəm nə də zirvə heç kimin heç nəsiyəm Baxanda əksimə gördüm ki mən də özgəsiyəm Heç kimsə söyləməmişdir mənə ömrün talanar Cisimdə canın qalar ruh bədəndə parçalanar Sevgini görəndən bəri ona yazığ demişəm Axı bir his nə qədər tapdalanar tapdalanar Çəkilib dayanmışam aynaların qarşısında O qədər dəyişdim ki əvvəl olsa inanmazdım Ümidim yoxdu bir də uşağlığıma geri qayıdam Olsaydı beş yaşımda ilk şeirimi yazmazdım