سن یاریمین قاصدی سن، ایلن سنه چای دئمیشم (ایلن سنه چای دئمیشم) خیالینی گوندریب دیر، بسکی من آخ، وای دئمیشم آخ گئجه لَر یاتمامیشام، من سنه لای، لای دئمیشم سن یاتالی، من گوزومه، اولدوزلاری سای دئمیشم هر کس سنه اولدوز دییه، اوزوم سنه آی دئمیشم سننن سورا، حیاته من، شیرین دئسه، زای دئمیشم(شعر از شهریار، Şəhriyar mahnese) Yar demişəm sənə mən yar demişəm Içində gecəni gizlədən bir adam var demişəm Sən gedənnən bəri tullamışam şeirlərimi Bəxtiyar demişəm Şəhriyar demişəm Nə günah eylədim ki Tanrı cəza verdi mənə? Sənə ahuzar içində bir ahuzar demişəm Qəlbimdə saray qurmusan daşları atəşdən Mən əzəldən bilirəm sənsən o memar demişəm Gözümnən axan yaşın ölçüsü az dərdi böyük O boyda günəşi dondurur bir ovuc qar demişəm Yar çəkən dağlara sinəm o qədər öyrəşib ki Mən susub qalsam həmin dağlar ağlayar demişəm Kəsilir son nəfəsim gözlərim imdad bağırır Mən ki cəllada baxıb gəl məni qurtar demişəm Çəkdiyim həsrət əgər səmalarda bulud olsa Bu dünya uzun illər günəşi axtarar demişəm هر گوزلدن بیر گول آلیب، سن گوزه له پای دئمیشم سنین گون تک باتماغیوی، آی باتانا تای دئمیشم ایندی یایا قیش دئییرم، سابق قیشا، یای دئمیشم (ایندی یایا قیش دئییرم، سابق قیشا، یای دئمیشم) Mənə üç dəqiqə bəsdir bu dünyanı ifşa edim Bu dünya fani, biz də faniyik oxşar demişəm Əgər ki dünya çox gözəldi desəm nə vaxtsa bil Ki gözüm kordu, dilim laldı, qulaq kar demişəm Cəhənnəm atəşi ən qaynar əzabdır dedilər Yarımın həsrəti onsuz da yandırar demişəm Onlar sevgi yalandır deyəndə susdurdum Bizlərə eşqi satanlardı saxtakar demişəm Nə qədər tüstü dolar ciyərlərimə bilmirəm ki Nə zaman öldürəcək məni bu zəhrimar demişəm Gecələr səmaya üz tutub bağırdım ismini Bəlkə ulduzlar alıb yarə çatdırar demişəm Yanında yarın varsa dünya dönüb cənnət olur Yara həsrətsən əgər, dünya tarimar demişəm Elə yazmış ki yazanlar ora dünya sığmaz Bəxtiyar demişəm Şəhriyar demişəm گاه توییوی یاده سالیب، من ده لی، نای نای دئمیشم (گاه توییوی یاده سالیب، من ده لی، نای نای دئمیشم) سونرا گئنه یاسه باتیب، آغلاری های های دئمیشم عمره سورن من قره گون، آخ دئمیشم، وای دئمیشم