Çəkin o təsəllilərinizi yox ehtiyacım Buraxın məni bu gecə özümlə baş başa Onlara necə inanım onların özü yalan Dediyi sözü yalan sözünün düzü yalan Hər yeni bir şeirdə duyğularım tazələnir Niyə bülbül təki qəlbim daha pərvaz eləmir Bu dünya sevgini xoşbəxtliyi bir damcı qoyur Bəs niyə dərd verəndə doldurur heç az eləmir? O qədər kədər yüklədim sənə döz sətirlərim Özüm yalançı kələkbaz amma düz sətirlərim Mən hər yazanda ruhum ağlayırdı, anladım ki Mənə mənnən də yaxındır mənim öz sətilərim Elə bir dünya ver içində röyam olsun İstəməm qaralsın günəş yenə axşam olsun İnsanlar olmasın ancaq ki mən də tək olmayım Tanrıyla təkbətək qalım belə dünyam olsun Əlimi günəşə qoyub atılıram aya Vecimə deyil ölüm mələyi geriyə saya Dünyaya baxanda gözlərini açırsan Gözümü bağlayıb baxıram dünyaya Çəkin o təsəllilərinizi yox ehtiyyacım Buraxın məni bu gecə özümlə baş başa Onlara necə inanım onların özü yalan Dediyi sözü yalan sözünün düzü yalan Içirəm eşq şərablarından olub beyni duman Səni anladım deyənlər deyəsən çox tələsib Ümidim vardı ümidlərim bəlkə gerçək ola Indiysə ümidlərim ümidlərdən ümidi kəsib Götürüb torpağı kül tək vurasan saçlarına Görəndə doğmaların düşməninlə qucağlaşır Heç kimə çatmaq üçün məsafələr qət etmə Gəldikcə yaxına uzağlar yaxınlar uzağlaşır Bu dünya yalandırsa insanlar gerçəkmi? Səni öldürmür amma heç bir zaman əl çəkmir Yaşayıb hisslərinlə düşünmürsən ağıl harda Və bir gün ölüb qalırsan ağılsız ağıllarda Əlimi günəşə qoyub atılıram aya Vecimə deyil ölüm mələyi geriyə saya Dünyaya baxanda gözlərini açırsan Gözümü bağlayıb baxıram dünyaya Çəkin o təsəllilərinizi yox ehtiyyacım Buraxın məni bu gecə özümlə baş başa Onlara necə inanım onların özü yalan Dediyi sözü yalan sözünün düzü yalan