Kishore Kumar Hits

L-Mir - Gic-Gicə lyrics

Artist: L-Mir

album: Gic-Gicə


Qoy desinlər ki, bu qız qoşulub gicə
Qalan bütün şeylərin mən çəkərəm xərcin
Tələsən yerimiz yoxdur bu gecə
Evdə gözləyən də həmçinin
Qoy desinlər ki, bu qız qoşulub gicə
Qalan bütün şeylərin mən çəkərəm xərcin
Tələsən yerimiz yoxdur bu gecə
Evdə gözləyən də həmçinin
Saxlamışam əlimi yenə tətikdə
Görəndə döşəyəcəm sənə ürək sözlərimi
Çox istəyirəm eləyim bunu təklikdə
Görəsən necə ola bilərəm mən tam səmimi
Durmadan nəfəsimə qatıram ağır tüstü
Bu sevgilim dünən yenə də, məndən küsdü
Kefimə dost-tanışları qatır hər gün zəhər
Guya onlar olmasa açılmaz da səhər
Alınmaz görüşlər, kino olmaz maraqlı
Oyanmaz zombilər, popkorn olmaz dadlı
Amma dərd də köhnəlir çəkəndə dərindən
Bircə cins şalvar düşmür heç vaxt dəbdən
Qoy desinlər ki, bu qız qoşulub gicə
Qalan bütün şeylərin mən çəkərəm xərcin
Tələsən yerimiz yoxdur bu gecə
Evdə gözləyən də həmçinin
Qoy desinlər ki, bu qız qoşulub gicə
Qalan bütün şeylərin mən çəkərəm xərcin
Tələsən yerimiz yoxdur bu gecə
Evdə gözləyən də həmçinin
Sən ya doğurdan da başa düşmürsən mən dediyimi
Ya da, ya da edirsən bunu qəsdən
Nə camaatın başı xarab olub indi
Nə də, nə də ki mən olmuşam xəstə
Yenə utanmadan nəfəsinə qatırsan yalan
Səni damla-damla mənim gözümdən salan
Ola bilsən əgər indi məndən səmimi
Gəl! Dodağımdan dər istəyimi
Sevinclə kədəri yaşayaq iç-içə
Arzular da olsun bizim yastığımız
Sevgi məktublarıtək qalsın gizlicə
Tərli pəncərənin üstündə yazdığımız
İçimizdə dəniz, ikimizdə də dəli hiss
İsti sahil qumundan alırıq həzz, iz
Gizliyik biz, və artıq yoxdur fərqi
Bu dünyada insanlar nəyin çəkir dərdin
Qoy desinlər ki, bu qız qoşulub gicə
Qalan bütün şeylərin mən çəkərəm xərcin
Tələsən yerimiz yoxdur bu gecə
Evdə gözləyən də həmçinin
Qoy desinlər ki, bu qız qoşulub gicə
Qalan bütün şeylərin mən çəkərəm xərcin
Tələsən yerimiz yoxdur bu gecə
Evdə gözləyən də həmçinin

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists