Bir qız gördüm, könlüm ona vuruldu Söz deyəndə çeşmə kimi duruldu Əl elədim, döngə səndən buruldu İlk yarımı, döngə, məndən gizləmə! Uçdu quşum, o turacın dalıyca Doğru sözdür: "aşıq çapar qılınca" Dərdə düşdüm ondan bir söz alınca İlk yarımı, döngə, məndən gizləmə! Nişanə var kəmərində belinin Məst edibdir ətri məni dilinin Şirin dilli Azərbaycan elini Şikarımı, döngə, məndən gizləmə! ♪ Yerişinə baxmaq ilə doymuram Dəniz kimi kül əyərəm, sönmərəm Bil ki, səndə bu sitəmi qoymaram İlk yarımı, döngə, məndən gizləmə! Dərdim birdir, çatdırarsan sən yüzə Hünərinə çətindir ki, dağ dözə Uçuram, dinini döndərəm düzə İlk yarımı, döngə, məndən gizləmə! Nişanə var kəmərində belinin Məst edibdir ətri məni dilinin Şirin dilli Azərbaycan elinin Şikarımı, döngə, məndən gizləmə! ♪ Nişanə var kəmərində belinin Məst edibdir ətri məni dilinin Şirin dilli Azərbaycan elinin Şikarımı, döngə, məndən gizləmə! Şirin dilli Azərbaycan elinin Şikarımı, döngə, məndən gizləmə!