Dünya yaxşıdır yoxsa ki mən pis? Çıxa bilmirəm öz paradolsumdan Hamıya nifrət edirəm elə bil Çıxmışam Gogolun paltosundan Saxlaya bilmirəm yerində Bəzən firar edir bədinmdən ruhum Göylərə qaçır əlimdən Mən saxlaya bilmirəm yerində onu Fikirlər uçuşur səmada Mən necə qurtulum bu bəladan? Bəzən kamil və nadan Ola bilərəm mən hər adam İçimdə səndən bir şey var Əslində eyniyik hamımız Təəssüf eyni dayanmır Dünya daim yerində Necə ki başım dönür daim Görənlərdə sanır piyandı Amma od boş yerə yanmır Bilmirlər kin qəlbə ziyandı Yaxınlaşır dünya sona İndi kim kim üçünsə yanarmı? Gəl tut bu qaranlığıma fanar Oğurlayıblar paltomu ana İşığsız yerdə qalmışam tək Soyuq yerdəyəm qucağla məni bərk İsti əllərinə ehtiyacım var Paltosuz insanı hamı edir tərk Dünya ədalətsizdi Kiminin hər şeyi var Kiminin heç kimi yox Dünya sədaqətsizdi İnsan mərhəmətsizdi Üzündə hər şeyi var İçində heçnəyi yox İnsan sadəcə fərsizdi Üşüyürəm paltomu qaytarın!