Nə qədər düşünmək istəməsəm də bunu Düşünürəm nə olacaq axırım ey Nə olacaq axı, Tanrım gecələr o tərəfə çağırır məni Amma ki, gedə bilmirəm içimdə doludur sözüm bitmir Beyində o qədər sual var ki, daha nəyə görə yaşayıram özüm bilmirəm Problem dolub içimə, çəkirəm tütün içimə Dünyada o qədər məsələ, elə bil hamısı yığılıb mənim içimə Gecələr yuxusuzluq, düşünmə səhərlər uzun uzun Görəsən aparır haralara bizi kapitalizmin uçurumu Küçədə ac qalan uşağa bax, çətin ki nəyisə bacaracaq Çətindi nəyisə bacarmaq, amma o əlbət ki nəyisə bacaracaq Anası deyəndə vəda et, oğlum, öyrənəcək burda ədalət olmur Çalışacaq olmasın səfalət sonu, burda ədaləti vətəndaşı şəfaəti olmur Gəl bura biraz qulağın eşitsin həqiqət biraz, Məktəblər vermirlər təhsili, alırlar biraz acıdı bu, qəribə biraz Eşidib bilirsən özünü yad, küçədə doludu gecə fəryad Görməmisən bunu bilmirsən, çünki səni atan çağırır ki, gəl evə yat Tez rədd ol ged evə yat, məhlələr əmanət bizə onsuz Bir gün ölüb gedəciyik, amma burda adımız qalacaq daim sonsuz Küçəyə əmanətik Küçələr əmanət bizə İllərdir hər yerdə döyüşürük, ama qalib olmamışıq hələ də bax Müğənnilər indi narkobaron, amma bizim adımız qalıb narkoman Haqqına döyüşüm həri, gətirin haqqına döşüyüm həri Qan içində qalsın beş gün əlim, ona baxıb biz yenə də gülərik Önümdə nə qədər itib batanları görmüşəm hələ də yola davam Tək çarə özünsən inan ki, heç bir vaxt kömək olmayacaq "seyid ağan" Səhnədə nə qədər rəqibim ölüb, şeytanın üzünə baxıram gülüb O belə qorxub qaçır məndən, diss ataram sonra alovu sönər Xırdalan öyrədir olmağı sərt, küçələr öyrədir qorxağa dərd Özün kimi yaşa qalxassan göylərə, burda qaldırmırlar zəifə əl Küçəyə əmanətik Küçələr əmanət bizə Vacib olan inan deyil qazanmaq Əsas olan savaşmaqdır ey