Kishore Kumar Hits

Aydin Sani - Gelmisem lyrics

Artist: Aydin Sani

album: Gelmisem


Səndən uzaqlarda ömür gün yaşamaq, sən demə heç gün deyil
Kimsə nə səndən mənə doğma, nədə səndən mənə üstün deyil
Görmədən ölmək səni, olmaz mənə əlbətdə ki, mümkün deyil
Ortada hər şaiyəyə, hər söhbətə son qoymaq üçün gəlmişəm
Sevgilim aç qollarını, həsrətə son qoymaq üçün gəlmişəm
Dərdə, qəmə, nisgilə həm möhnətə son qoymaq üçün gəlmişəm
Gəlməmişəm gözlərinin yaşını seyr etmək üçün sevgilim
Səndən uzaqlarda keçən qürbətə son qoymaq üçün gəlmişəm
Mən səni ağlatmaq üçün gəlmədim
Göz yaşını silmək üçün gəlmişəm
Qəlbini ovcumda tutub hər səhər
Göylərə yüksəltmək üçün gəlmişəm
Min günah içində boğulan qəlbimə
Birdə nəfəs vermək üçün gəlmişəm
Bu qatı zülmətdə xilas yolları
Mən qapını sərmək üçün gəlmişəm
Olmaya kaş ortada bir səhv, nə də əngəl çıxaq aydınlığa
Gəl bu qaranlıqları qoyma mat-məəttəl, çıxaq aydınlığa
Heçnə düşünmə daha yum gözlərini, gəl çıxaq aydınlığa
Həm bu qaranlıqlara, həm zülmətə son qoymaq üçün gəlmişəm

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists