Əllərin əllərimə gözlərin gözlərimə Qalıb həsrət deyəsən gəl nə olar tez gəl Yenə ruhum sənsiz yenə qaldı kimsəsiz Gəl nə olar tez gəl... Çıxarmı yadımdan səni sevirəm dediyin İndi yoxsan yarım de bəs indi neyləyim Son dəfə gəl görüşək tək budur istədiyim Gəl nə olar tez gəl... Ağlayıb göz yaşımı de kimlər siləcək Səni sevənlər bil hamısı bir gün gedəcək Bir gün olsəm unutma yenə ruhum deyəcək Gəl nə olar tez gəl... Nə çəkir yarın sənin heç vaxtı bilməmisən Tək tənha ağlamışam göz yaşımı silməmisən Nə qədər gözləmişəm amma yox gəlməmisən Gəl nə olar tez gəl... Olsan da uzaqda sən dönmərəm axtararam Nə olursa olsun səni axır taparam Sənin üçün ölərəm istəsən yalvararam Gəl nə olar tez gəl...