Gözlədim yolunu həsrət içində Tükəndi taqətim, neçin gəlmədin Şəhdi-visalından üzüldü əlim Ey dilbər afətim, neçin gəlmədin Ey dilbər afətim, neçin gəlmədin Əlimdəki qələm bir sədəfli saz Nə qədər səninçün coşar, yorulmaz ♪ Əlimdəki qələm bir sədəfli saz Nə qədər səninçün coşar, yorulmaz Aramızda olan zəncir qırılmaz Ey sözüm-söhbətim, neçin gəlmədin ♪ Gözlədim yolunu, hava qarardı Bu qaranlıq hava ruhumu sardı Səndən qəmgin könül sevinc umardı Sən ey səadətim, neçin gəlmədin Sən ey səadətim, neçin gəlmədin Əlimdəki qələm bir sədəfli saz Nə qədər səninçün coşar, yorulmaz ♪ Əlimdəki qələm bir sədəfli saz Nə qədər səninçün coşar, yorulmaz Aramızda olan zəncir qırılmaz Ey sözüm-söhbətim, neçin gəlmədin Ey sözüm-söhbətim, neçin gəlmədin