Hər gün məni izləyirsən kölgə kimi Deyirsən ki: "Tükətdin tamam səbrimi" Söz açıb, and içirsən hər addım başı Yalvarırsan: "Könlümün, gəl, ol sirdaşı" ♪ Şirin dilin var, xoş qamətin Kənd içində çoxdur şöhrətin Kənd qiymətli üzükdür, mən onun qaşı Soyuq olma, alışdı bağrımın başı ♪ Oğlan, sənin sözünü saymıram yalan Gəlini də göz üstdə saxlayar anan At sürərsən yel kimi cıdır zamanı Toylarda sənin kimi saz çalan hanı? ♪ Dostların sevir söhbətini Hərə sayır xoş ülfətini Səni görəndə çoşur gənclərin qanı Gəzirsən qarış-qarış kəndi, obanı ♪ Könül vermir, bəs niyə, bircə qız sənə? Qız düşüncək hamı deyir qayğısız sənə Niyə susdun, sözümdən bəlkə utandın? Boş dolanma, işində dillənsin adın ♪ O vaxt, böyük oğlan, hər gənc ürək Səni xoşlayacaq, sevəcək Qızların nəğməsində gəzəcək adın Anana deyəcəklər: "Gözlərin aydın!"