Demişdin, yaz gəlsin Yaz gəldi, ay qız Söyüdlər sulara kölgə də saldı Çiçəklər açıldı, göyərdi yarpız Verdiyin vədələr harada qaldı? Özünə qurbanam Sözünə qurbanam Gözünə qurbanam, ax, yar Özünə qurbanam Sözünə qurbanam Gözünə qurbanam, yar ♪ Yaz qurtardı artıq, dinmirsən nədən? Axı, söz vermişdin, əhdimiz var Dözə bilməyirəm, darıxıram mən Sevindir qəlbimi, ey gözəl yar Özünə qurbanam Sözünə qurbanam Gözünə qurbanam, ax, yar Özünə qurbanam Sözünə qurbanam Gözünə qurbanam, yar ♪ Verdiyin vədəyə əməl et barı Birləşsin arzumuz, ürəyimiz Payızda eyləyək toyumuzu biz Hiss et qəlbimdəki duyğuları Özünə qurbanam Sözünə qurbanam Gözünə qurbanam, ax, yar Özünə qurbanam Sözünə qurbanam Gözünə qurbanam, yar