Üzüyümün qaşı firuzədəndir Könlüm açılmayır bu gün, nədəndir? Ağır gündə, dost əlindən bərk yapış Böyük duyğu ömrü bahar edəndir Böyük duyğu ömrü bahar edəndir ♪ Bulud gələr, çiskin çilər, nəm eylər Yar yarından ayrı düşsə, qəm eylər Sevgilimdən necə qalım aralı? Hər baxışı qəlbə yüz məlhəm eylər Hər baxışı qəlbə yüz məlhəm eylər ♪ Bizim bağlar, çöllər xoş bir tamaşa Sonalar göllərdə süzürlər qoşa Necə çətin olsa ömrün yolları Birlikdə yorulmaz, vurarıq başa Birlikdə yorulmaz, vurarıq başa