Kishore Kumar Hits

Şövkət Ələkbərova - Nəsən Sən lyrics

Artist: Şövkət Ələkbərova

album: İfalar, Vol. 7


Röya kimi sənsiz keçən ömrün
Hər şöhrəti sənsən, şanı sənsən
Hüsn aşiqi çılğın, dəli könlün
Həm dərdi və həm dərmanı sənsən
Ömrün bəzəyi, zinəti sənsən
Mənamı, ya hikmətmi?
Nəsən sən?
Ömrün bəzəyi, zinəti sənsən
Mənamı, ya hikmətmi?
Nəsən sən?

Sən həm şəkərim, həm zəhərimsən
Sən həm xeyrim, həm zərərimsən
Sən həm gülüşüm, həm, həm ahımsan
Sən həm dünənim, həm sabahımsan
Çoxdur pərilər, bir dənəsən sən
Ömrümmü, həyatımmı?
Nəsən sən?
Çoxdur pərilər, bir dənəsən sən
Ömrümmü, həyatımmı?
Nəsən sən?

Uçmaq dilərəm, göylərə uçmaq
Xəncər kimi öndə çıxıb ancaq
Hər cəhdimi hər yerdə kəsən sən
Bir dostmu, ya düşmənmi, nəsən sən?
Hökmünlə sən aldın məni məndən
Sultanmı, ya xaqanmı?
Nəsən sən?
Bir meh kimi ruhumda əsən sən
Ruhummu, xəyalımmı?
Nəsən sən?
A-a-a-a-a-a-ah
A-a-a-a-a-a-ah
Bir meh kimi ruhumda əsən sən
Ruhummu, xəyalımmı?
Nəsən sən?
Nəsən sən?
Nəsən sən?

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists