Yenə tövbə evini eşq xərab etmədədir Aşiq iftarını sevda meyi nab etmədədir Könlümə bir mələyin sevgisi od saldı Onun adı Zöhrə, gül onu canı hesab etmədədir ♪ Onun eşq atəşi hər qəlbə girər, amma nədən Tək mənim qəlbimi atəşdə kəbab etmədədir? ♪ Gözlərin baxdı mənə, söylədi: "Səbr et, səninəm" Doğrusu, səbr edirəm, ömür şitab etmədədir ♪ Məsləhətdir, məni almaqdan isə, versin əzab Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir Gər Nizamini xəta isə həlak etdirmək Aşiqəm, yar məni öldürsə, səvab etmədədir Aşiqəm, yar məni öldürsə, səvab etmədədir