Kishore Kumar Hits

Şövkət Ələkbərova - Gülə-Gülə, Ay Xanım lyrics

Artist: Şövkət Ələkbərova

album: İfalar, Vol. 6


İlk bahar heç laləsiz, heç yasəmənsiz olmasın, balam
Aşiq heç məşuqəsiz, bülbül çəmənsiz olmasın heç zaman
Mən sənin eşqinlə pərvaz eylərəm yüksəklərə, balam
Mən sənin eşqinlə pərvaz eylərəm yüksəklərə
Ey nigar, sevdalı könlüm bir də sənsiz olmasın, balam, ey
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Yasəmənlər açıb çiçəklənəndə
Bənövşələr küsüb boynun əyəndə
Şeh düşübən güllər də şehlənəndə
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Elə gül ki, yar yuxudan oyansın
Elə gül ki, yanaqların od alsın
Elə gül ki, yar qadasın yar alsın
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Gülüşlərin cingildəsin saz kimi
Hər tərəfə yayılsın avaz kimi
Sən güləndə könül gülür yaz kimi
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Sən güldükcə gülür yaşıl çəmənlər
Heyran olur avazın eşidənlər
Görən, varmı sənin kimi bəxtəvər?
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım
Gülə-gülə, gülə-gülə ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists