Qoy mən yenə söhbət açım ilk baharımdan Nəğməm ilə bir də keçim öz diyarımdan Bol bəhrəli Muğan düzü Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! El qızları düzüm-düzüm Kür qırağında Min gül açır Gəncəmizin hər budağında Dost elləri Qarabağın dağ vüqarlıdır Gen çölləri bu torpağın xoş baharlıdır Bol bəhrəli Muğan düzü Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! ♪ Hər damlası layla çalan göy Xəzərin var Hər ulduzu nəğmə olan min şəhərin var Keçdim yenə çiçək-çiçək hər mahalından Öz yurdumun doymaz ürək yüz vüsalından Bol bəhrəli Muğan düzü Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! Hər yanı gülşən Azərbaycan!